16 noyabr 2023
1 145

Rusiya ilə gərginlik pik həddə: Sərhədlər bağlanır

Finlandiyanın cənub-şərqindəki sərhəd keçid məntəqələri cümə günündən şənbə gününə keçən gecə bağlanacaq.
Yenimeydan.info bildirir ki, bu barədə ölkənin Baş naziri Petteri Orpo və daxili işlər naziri Mari Rantanen bildiriblər.
Nazirlərin bu addımın ölkənin şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədilə atıldığını deyiblər.
Orpo Rusiya ilə sərhəddə İmatra, Nirala, Nuyima və Valimaa keçid məntəqələrinin bağlanacağına aydınlıq gətirib. Rantanen də öz növbəsində müvafiq qərara sığınacaq istəyən çoxlu sayda qaçqının səbəb olduğunu vurğulayıb. Onun sözlərinə görə, sərhəd zonası hazırda dinc ərazi olaraq qalır, sərhəddə vəziyyətə nəzarət olunacaq.
Finlandiya may ayında NATO-ya üzv olub, bundan sonra Rusiya ilə münasibətlər gərginləşib.