04 noyabr 2023
1 873
Yaşa görə orta pensiyanın məbləği ARTIRILIR

Yaşa görə orta pensiyanın məbləği Azərbaycanda ilk dəfə olaraq gələn il 500 manatı keçəcək.
Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı əmək və sosial müdafiə naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, yaşa görə orta pensiya 516 manat olacaq: “Ötən dövr ərzində Dövlət Sosial Müdafiə Fondunun xidmətləri elektronlaşdırılması sahəsində böyük iş görülüb. Artıq iki aydır ki, hərbi sahədə pensiyalar 80 faiz elektron təyin edilir. Qalan 20 faiz tam məxfi kateqoriyadan olan insanlardır”.

Oxşar Xəbərlər:

“10 nəfərin saxlanacağı kamerada 20 nəfər saxlanılır…” - ETİRAZ

Prezident “Diamed” dərman zavodunun açılışında

Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI

155 milyon depoziti olan Azərbaycan bankı 3 ildir ki – ƏMANƏTÇİLƏRİNƏ FAİZ ÖDƏMİR