04 noyabr 2023
1 597
Azərbaycanda 1991-ci ildən bu yana 3415 nəfər mina qurbanı olub

Yenimeydan.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşımında qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda 2020-ci il noyabrın 10-dan cari ilin noyabrın 3-nə qədər qədər 50 mülki şəxs mina partlaması nəticəsində həlak olub, daha 107 nəfər isə yaralanıb.
Bununla yanaşı, bu dövr ərzində 15 hərbçi mina partlayışı nəticəsində həlak olub, 164-ü isə xəsarət alıb.
“1991-ci ildən indiki dövrə qədər Azərbaycanda 3415 nəfər mina qurbanı olub. Onlar arasında 357 uşaq və yeniyetmə, 38 qadın var”, – deyə məlumatda qeyd olunub.

