03 noyabr 2023
190

Qəzzada bir neçə saata 130-dan çox yaraqlı öldürüldü

qezzada-bir-nece-saata-130-dan-cox-yaraqli-olduruldu


Son bir neçə saat ərzində Qəzza zolağında 130-dan çox yaraqlı zərərsizləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.Bildirilib ki, Qəzzada yerüstü əməliyyatlar zamanı aşkar edilən çoxlu silah-sursat məhv edilib.
HƏMAS-ın hərbi komandanlıq və idarəetmə mərkəzlərinə zərbələr vurulduğu vurğulanıb.
Xatırladaq ki, oktyabrın 7-dən başlayan hərbi əməliyyat çərçivəsində Qəzza zolağında ölənlərin sayı 9061 nəfərə çatıb.