28 sentyabr 2023
310
David Babayan Azərbaycana təslim olur
Xankəndidə separatçıların “rəhbəri”nin müşaviri David Babayan könüllü olaraq Azərbaycana təslim olacağını bildirib.
Yenimeydan.info xəbər verir ki, Babayan bu barədə öz feysbuk hesabında paylaşım edib. “Hamınız bilirsiniz ki, Azərbaycanın qara siyahısına salınmışam və Azərbaycan tərəfi müvafiq araşdırma həyata keçirilməsi üçün mənim Bakıya gəlməyimi tələb edib. Bu gün Xankəndidən Şuşaya getmək qərarına gəldim”, - deyə o qeyd edib.
Xatırladaq ki, ötən gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. O, DSX-nin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib

Oxşar Xəbərlər: