28 sentyabr 2023
159

Bayden çarəsizdir: Hökumət işini dayandıra bilər

     1 oktyabr tarixində ABŞ hökumətinin fəaliyyətinin mümkün dayanmasının (şatdaun – red.) qarşısını hansı şəkildə alacağımı bilmirəm.
Yenimeydan.info xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.
“Əgər bunu bilsəydim, çoxdan edərdim”, - deyə Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, Konqres növbəti şatdaunun qarşısını almaq üçün oktyabrın 1-də başa çatan cari maliyyə ilinin sonuna qədər ölkə üçün tam və ya qısamüddətli büdcə qəbul etməlidir. Büdcənin qəbuluna administrasiya ilə Konqres arasında həm həcm, həm də maliyyələşdirmə maddələri ilə bağlı fikir ayrılıqları mane olur.