28 sentyabr 2023
230

Dövlətin malı BELƏ XIRID EDİLİR... - BU DA FAKT!!!

Dövlətin malı BELƏ XIRID EDİLİR...
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq-müdaafiəçisi neft sektorunda daha bir yeyinti faktını ifşa edib. DİA.AZ bildirir ki, bu barədə əldə etdiyi məlumatı paylaşan M.Qəhrəmanlı əlaqədar qurum və şəxslərdən izahat da tələb edir.

NHMT sədrinin açıqlamalarında deyilir: "Siyəzənnfet Neft-Qaz Çıxarma İdarəsinin Zağlı sahəsi Keçiqaya adlanan ərazisində 53 metr hündürlüyü və 45 ton ağırlığı olan qazma vışqası bu ayın üçü və dördü arası tamamilə doğranılaraq ərazidən 3 saylı MMC Yol Tikinti İdarəsinin Tatra markalı avtomobili ilə aparılıb.

Burda Siyəzənnfet NQÇİ -nin rəhbər şəxslərinin də əli olub olmadığı hələ ki məlum deyil.Ancaq rəhbərliyin mədən ərazisindən aparılan həmin qazma vışqası barədə susqunluğu və indiyənə qədər polisə şikayət etməməsi onların da bu işdə əlinin olduğu şübhəsini yaratmış olur.Həmin vışqadan geriyə qalan sadəcə bu iki şəkildə olan parçalardır".

Dövlətin malı BELƏ XIRID EDİLİR...
Dövlətin malı BELƏ XIRID EDİLİR...

Məsələ ilə bağlı əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...