26 sentyabr 2023
210

“ƏLİYEVLƏ ƏRDOĞANA QOŞULAN XİLAS OLACAQ, QOŞULMAYANLARSA…”

“Əliyev-Ərdoğan tandeminin regionda uzunmüddətli sülh və əməkdaşlıq üçün təklif etdiyi “3+3” formatı elə Nuhun gəmisi kimidir – qoşulan xilas olacaq, qoşulmayan batacaq!”
Yenimeydan.info xəbər verir ki, bu fikirlərlə ekspert Elxan Şükürlü dünən Naxçıvanda baş tutan prezidentlərin görüşü barədə danışarkən deyib. O bildirib ki, bu iki prezident arasındakı növbəti mühüm görüş idi:
“Naxçıvanda düşmən üzərindəki qələbəmizin iki memarının – iki komandanın, iki prezidentin, iki qardaşın daha bir mühüm görüşü oldu. Şərqdən Qərbə, Qərbdən Şərqə körpü olan Cənubi Qafqazın taleyi də, bölgədə sülhün və təhlükəsizliyin gələcək aqibəti də indi bu iki kişinin, iki dövlət başçısının, iki qardaşın əlində, onların verdikləri qərarlarda, təklif etdikləri sülh formulundadır.
Əliyev-Ərdoğan tandeminin regionda uzunmüddətli sülh və əməkdaşlıq üçün təklif etdiyi “3+3” formatı elə Nuhun gəmisi kimidir – qoşulan xilas olacaq, qoşulmayan batacaq!”.