26 sentyabr 2023
261

13550 ERMƏNİ QARABAĞDAN ERMƏNİSTANA QAÇIB

     ER hökuməti Qarabağdan olan ermənilərin ehtiyaclarını qiymətləndirmək üçün fəaliyyətini davam etdirir.
Yenimeydan.info Sputnik Armeniya-ya istinadən xəbər verir ki, ER hökumətinin məlumatına görə, sentyabrın 26-sı saat 08:00-a olan məlumata görə, 13550 erməni  Qarabağdan Ermənistan Respublikasına daxil olub.
Bildirilir ki, onlardan 11 min nəfərinin qeydiyyat məlumatları artıq tərtib edilib, 2550 nəfərin ehtiyacı isə hələ də qiymətləndirilir.
Hökumət əvvəlcədən müəyyən edilmiş yaşayış yeri olmayan bütün vətəndaşları müvafiq mənzillə təmin edir.
Xatırladaq ki, Qarabağdan mülki əhalinin Ermənistan Respublikasına getməsi Rusiya sülhməramlı kontingenti ilə razılaşma əsasında həyata keçirilir. Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan daha əvvəl bəyan etmişdi ki, Ermənistan Respublikası Qarabağdan 40 minə yaxın ailəni qəbul etməyə hazırdır. Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyi Qarabağdan gələn həmvətənlərə təcili dövlət dəstəyinin əlaqələndirilməsi üçün platforma açıb.