24 sentyabr 2023
174

Ukrayna cəbhənin dərinliklərinə doğru irəliləyir

        Ukrayna qoşunları Zaporojye vilayətinin dərinliklərinə doğru irəliləyir və Robotinodan 1,5 km cənubda yerləşən Novoprokopovka kəndinə hücum edir.
Yenimeydan.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
İnstitut çoxsaylı rusiyalı mənbələrə istinadla məlumat verir ki, sentyabrın 22-də rus ordusu Ukrayna hərbçilərinin Novoprokopovka kəndinə hücumunu dəf edib:
“Bu, Ukrayna ordusunun Novoprokopovka yaxınlığında ilk təsdiq olunmuş hücumudur”.