19 sentyabr 2023
312

Xocavənddə yük avtomobili minaya düşdü - 2 nəfər həlak oldu

xocavendde-yuk-avtomobili-minaya-dusdu

Sentyabrın 19-da saat 04:00 radələrində Xocavənd rayonu ərazisində yük avtomobilinin tank əleyhinə minaya düşməsi barədə polisə məlumat daxil olub.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Meediatv.az-a bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AYDA) məxsus “Howo” markalı yük avtomobilinin minaya düşməsi nəticəsində sürücü və sərnişini hadisə yerində həlak olub.
Araşdırma aparılır.