18 sentyabr 2023
153
İTALİYADA GÜCLÜ ZƏLZƏLƏ BAŞ VERDİ

Zəlzələ UTC saat 03:10-da qeydə alınıb.
Zəlzələnin episentri 3400-ə yaxın insanın yaşadığı Toskana bölgəsindəki Maradi kommunasından 5,9 kilometr şimal-qərbdə yerləşib.
Zəlzələnin ocağı on kilometr dərinlikdə yerləşib.
Mümkün qurbanlar və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.
