17 sentyabr 2023
320
Ermənistan ABŞ-la birgə hərəkətə keçdi: "Putin Paşinyana bildirib ki..."
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Rusiyanın da iştirakı ilə Azərbaycan və Ermənistan liderləri ilə dördtərəfli zirvə görüşünün keçirilməsini təklif etdiyini açıqlasa da, bir müddətdir ki, İrəvanın atdığı birtərəfli addımlar və qanun pozuntuları səbəbindən gərginlik yaşanır. Türkiyə və Azərbaycan Ermənistanla problemlərin həlli üçün yekun razılığın əldə olunmasını istədiyi halda, İrəvan danışıqlara Qərb aktorlarını cəlb etməyə çalışır.
Yenimeydan.info musavat.com-a istinadən xəbər verir ki, bu fikirlər Türkiyənin nüfuzlu "Hürriyet" qəzetində dərc olunan məqalədə yer alıb.
Məqalədə Azərbaycanın 2020-ci ilin payızında başlayan 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı zəfərə diqqət çəkilib:
"2022-ci il noyabrın 9-u Rusiya lideri Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 10 maddədən ibarət atəşkəs sazişi imzalanıb. Azərbaycan administrasiyası bu sazişlə Qarabağ münaqişəsinin bitdiyini bəyan edib. Əliyev Qarabağ bölgəsində yaşayan erməni azlığının bütün hüquqlarına təminat verilməklə bərabərhüquqlu Azərbaycan vətəndaşları olacağını bəyan edib. Yekun razılaşma istəyən Azərbaycan ərazi bütövlüyü prinsipi çərçivəsində ölkə sərhədləri daxilində boz zonaların ola bilməyəcəyini bəyan edir".
Yazıda "Ermənistan nə istəyir?" sualına belə cavab verilib:
"44 gün davam edən İkinci Qarabağ müharibəsində məğlubiyyəti qəbul edən Ermənistan Qarabağ bölgəsinin statusunun illərdir davam edən Minsk danışıqları çərçivəsində Qərb dövlətlərinin iştirakı ilə həll edilməli olduğunu iddia etməyə başladı. Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən qəbul etsə belə, bölgənin müəyyən muxtariyyət statusunun olmasını istəyir. O, Qarabağla Ermənistan arasında Laçın quru dəhlizinin saxlanmasını tələb edir. Azərbaycan 2023-cü il aprelin 23-də Qarabağ ermənilərinin silah keçdiyini əsas gətirərək Laçın dəhlizini nəzarətə götürüb. Rusiyaya qarşı da müəyyən addımlar atan İrəvan ötən həftə ilk dəfə olaraq ABŞ-la birlikdə hərbi təlimə başlayıb".
Məqalədə "Rusiya və Türkiyə nə istəyir?" sualları da qoyulub:
"Rusiya həm Azərbaycanı, həm də Ermənistanı öz ətrafında saxlamaq istəyir. Rusiya lideri Vladimir Putin 2022-ci ilin noyabrında üçtərəfli atəşkəs sazişinə əsasən, Qarabağ bölgəsinin Azərbaycan ərazisi kimi qəbul edildiyini Ermənistan tərəfinə rəsmən bildirib. O, 15 minlik əsgərdən ibarət sülhməramlı qüvvə ilə Qarabağ bölgəsində mövcudluğunun saxlanmasının tərəfdarıdır. Rusiya da Türkiyə kimi Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin müəyyənləşdirilməsini və onlar arasında hərtərəfli sülh sazişinin imzalanmasını istəyir.
Türkiyə regionun böhrandan çıxmasını və dünya iqtisadi proseslərinə qatılmasını arzulayır. Ankara Bakı ilə İrəvan arasında sülh sazişindən əlavə, regionda bütün nəqliyyat xətlərinin açılmasını istəyir, Azərbaycanla Naxçıvan arasında Zəngəzur quru nəqliyyat dəhlizinin tezliklə istismara verilməsinin tərəfdarıdır. Beləliklə, Türkiyə ilə Azərbaycan arasında əlaqə Naxçıvan üzərindən təmin ediləcək".
Oxşar Xəbərlər:
Lavrovdan Bakıya status ittihamı - Moskva yenə “bostanımıza daş atir”
“BU ALÇAQ RUSİYAYA TÜPÜRÜR…” – Simonyan Kremli Paşinyan hakimiyyətini cəzalandırmağa çağırdı + VİDEO
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Ərdoğan Qərbə baxır. Putin neyləyəcək - GƏLİŞMƏ
Prezident əfv sərəncamı imzaladı – SİYAHI