15 sentyabr 2023
234

Nazir Siyavuş Novruzovun qardaşını yeni vəzifəyə təyin edibmiş

    Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev millət vəkili Siyavuş Novruzovun qardaşını yeni vəzifəyə təyin edibmiş.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, millət vəkilinin qardaşı Novruzov Məhərrəm Dünyamalı oğlu müavafiq əmrlə ƏSMN-nin Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsin Regionlarla İş üzrə Mərkəzi Filialının direktorun müşaviri təyin olunub.
Qeyd edək ki, bundan əvvəl Məhərrəm Novruzov DSMF-nin 1 saylı nümayəndəliyinin müdir müavini vəzifəsində çalışıb. O, həmçinin uzun illər Dövlət Sosial Müdafiə Fondunun Nizami Rayon Şöbəsinin rəisi vəzifəsini də tutub.