11 sentyabr 2023
310

“Kampaniya”nın sonu: Separatçılar dilemma qarşısında

  


   Separatçılar Rusiyadan gələn yükü Ağdam yolundan qəbul edəcəklərini açıqlasalar da, hazırda bundan imtina edirlər və bu imtinanı “erməni əhalisi istəmir” adı altında həyata keçirirlər. Mövcud vəziyyətdə separatçılar dilemma qarşısında qalıb.
- Rusiya yükü Ağdamdan keçərsə, bununla Ağdam-Xankəndi marşrutu açılmış olacaq;
- Laçın yolunda gözləyən Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus TIR keçərsə, bu, həm yüklərin bu yoldan gömrük qaydalarına uyğun qəbulunun presedentini yaradacaq, həm də Bakının tələbinə əsasən, BQXK-ya məxsus yük eyni vaxtda Ağdam yolundan da keçəcək. Ki, bu da Ağdam yolunun açılmasının beynəlxalq müstəvidə qəbulu deməkdir;
- Hər iki marşrutudan – Laçın və Ağdam yolundan Bakının şərtləri çərçivəsində yükün keçidi “humanitar fəlakət” kampaniyasının sonudur.
- Ağdam yolundan Rusiya yükünü qəbul edərlərsə, bu təkcə Bakının istəyinin yerinə yetirilməsi yox, həm də Qərbdən Laçın yolunun birtərəfli qaydada açılması tələbi üzərindən aldıqları dəstəkdən məhrum ola bilərlər;
- Heç bir yoldan yük qəbul etməyəcəklərsə və Bakının tələbindən imtina edəcəklərsə, yenə “humanitar fəlakət” kampaniyası inandırıcılığını itirəcək;
Separatçıların imtinasında Rusiyanın və Qərb ölkələrinin – bu məsələ üzərindən bölgəyə müdaxiləyə çalışan Fransanın da maraqları görünür: Moskva prosesi uzatmaqla Bakının Laçın yolundan gömrük qaydaları olmadan keçidə icazə verməsini istəyə, Paris separatçıların “dirənişi” ilə həm Bakıya Laçın yolu məsələsində təzyiq etməyə, həm də Rusiyanın mövqeyini zəiflətməyə çalışa bilər;
Hərçənd, separatçıların bütün seçimləri onlar üçün itki deməkdir. Rəsmi Bakı bu vəziyyətdən istifadə edə bilər.
Birincisi, imtinanı “humanitar fəlakətin” olmadığı faktı kimi beynəlxalq müstəvidə təqdim edəcək;
İkincisi, erməni əhalisinə yardımın çatdırılmasının qarşısını alan separatçıların sıradan çıxarılması məsələsini aktuallaşdıracaq: Xankəndidəki qondarma “seçkiyə” beynəlxalq müstəvidə verilən reaksiya da praktiki müstəvidə mümkün addımların legitimliyini gücləndirir.