11 sentyabr 2023
255
Qiymətlər “əl yandırır” – Məktəbli çantasını neçəyə doldurmaq olar?
Məktəblərdə dərslərin başlamasına sayılı günlər qalıb. Valideynlər övladları üçün almaq istədikləri məktəb ləvazimatlarının qiymətlərinin bahalaşmasından şikayət edirlər.Trend-in əməkdaşı iki həftə öncə məktəb ləvazimatları satan mağazalara baş çəkərək, qiymətlərlə tanış olmuşdu.
Keçən zaman ərzində bəzi malların qiyməti sabit qalsa da, bəzilərinin qiymətində artım müşahidə olunur.
Satıcılar da təsiqləyib ki, ötən illə müqayisədə, bu il ləvazimatların qiymətində artım var. Rusiya-Ukrayna müharibəsi də qiymət artımına çox təsir edib. Hazırda mağazalara mallar Rusiya, Türkiyə və Çindən gətirilir. Əsasən, Rusiya məhsullarının qiymətləri daha çox qalxıb.
Qiymət artımının əsas səbələrindən biri də daşınma xərclərinin artmasıdır.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin məlumatına görə də, ötən illə müqayisədə, məktəb ləvazimatlarının qiymətləri 9.8 faiz artıb. Qiymət artımının əsas səbəbi kimi xaricdən gətirilən məhsulların bahalaşması göstərilir.
Bir sözlə məktəbli çantasını doldurmaq 100-300 manat arası dəyişir.
Beləliklə, əsas məktəb ləvazimatlarının qiymətləri aşağıdakı kimidir:
Çanta: 18-80 manat
Dəftər: 50 qəpik – 2,50 manat
Sadə karandaşlar: 20 qəpik -1,80 manat
Dəftər-kitab üzlükləri: 20-50 qəpik
Sadə qələmlər: 20 qəpik, daha keyfiyyətliləri 1 manata qədər
Rəngli karandaşlar: 2-8 manat
Pozan: 40-50 qəpik
Qələmyonan: 20 qəpik – 1 manat 50 qəpik
Xətkeş: 40 qəpik – 2,50 manat
Plastilin: 1- 4,50 manat
Quaş: 1-4 manat
Fırça: 30-50 qəpik
Pərgar dəsti: 1 – 4 manat
Oxşar Xəbərlər: