11 sentyabr 2023
272
Qeyri-qanuni erməni silahlı dəstələri təxribat məqsədilə heyvanlardan istifadə edirlər – FOTO
Sentyabrın 11-i saat 08:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Belə ki, qeyri-qanuni erməni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğu bağlayaraq mövqelərimiz istiqamətində hərəkət etməyə məcbur ediblər.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha çox xəsarət yetirmək məqsədilə mövqelərimizə daxil olan itin üzərindəki əldəqayırma partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb.
“Bu təxribatı Adi silahların müəyyən növlərinin istifadəsinə qadağa və məhdudiyyətlərə dair Konvensiyanın Minaların, mina-tələlərinin və digər qurğuların tətbiqinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında protokoluna zidd olan əməl kimi qətiyyətlə pisləyirik.
Heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması mənəviyyatsız hərəkətdir və bunu terror aktı kimi qiymətləndiririk”, – deyə MN-in məlumatında bildirilir.

Oxşar Xəbərlər:
Xocavənddə improvizə olunmuş partlayıcı qurğular aşkarlandı
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Qarabağda mövcudluq Rusiyanın Güney Qafqazda mövcudluğu anlamına gəlir... - BUNA GÖRƏ DƏ...
Sülhə gedən yolu bağlayan təxribatlar: İrəvan Azərbaycanı əməliyyatlara təhrik edir - NƏ BAŞ VERİR?
Prezident əfv sərəncamı imzaladı – SİYAHI