11 sentyabr 2023
287
Nazirlik 399 min manatlıq tenderi "Uniser Group"a verdi - NƏTİCƏ
Təhsil Nazirliyi Nəzdində Təhsil Sisteminin İnformasiyalaşdirilmasi İdarəsi daha bir tenderə yekun vuurb.
Yenimeydan.info FED.az-a istinadla xəbər verir ki, tenderin qalibi "Uniser Group" MMC (VÖEN: 1303961561) olub.
Qalib şirkətlə 398 676 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, həmin tenderdə AİS-Aktivlərin idarə edilməsi sisteminə (ais.edu.az) təhsil müəssisəsinin 01.01.2023 tarixinə balansında olan aktiv məlumatlarının sistemin tələblərinə uyğun formata gətirilməsi, Aktivlərin idarə edilməsi sistemin təhsil müəssisəsinin mühasibinə təlim, Aktivlərin idarə edilməsi sisteminin Dərslik sifarişi modulu üçün təhsil müəssisələrinin 01.01.2023 tarixinə balansında olan dərslik məlumatlarının sistemə uyğun formatda yüklənilməsi, Təhsil idarələri və təhsil müəssisələrində ais.edu.az sistemi üzrə mentorluq xidməti və Aktivlərin idarə edilməsi sistemində daşınmaz əmlak və sistemdə nəzarət modulunun hazırlanması kimi iş və xidmətlərin satınalınması nəzərdə tutuıur.
Oxşar Xəbərlər:
Seçki sisteminin dəyişməsi partiyaları hərəkətə gətirəcək - GƏLİŞMƏ
Bu universitetdə maliyyə nöqsanları aşkarlandı – RƏSMİ
Bu sahədə fəaliyyəti göstərmək üçün 3000 manat dövlət rüsumu ödənilməlidir facebook twitter whatsapp messenger telegram vkontakte
“Solamedical” MMC MÖCÜZƏSİ DAVAM EDİR... - TENDER ÇEMPİONU...
“Holdinqlər kralı”na məxsus daha 11 şirkət ləğv olunur (SİYAHI)