11 sentyabr 2023
357

TƏBİB şefinin MİLYONLUQ ŞİRKƏTİ... - Dövlət büdcəsinə qənim kəsilənlər...

 



Dünyada 1000 doğulmuş uşaqdan 19-24-ü lal, kar olur. Azərbaycanda isə bu statistika yaxın qohumlardan nigah olduğuna görə, daha yüksəkdir. Bu uşaqlara adətən eşitmə cihazı taxılır ki, onlar əlil qalmasın. Bu proses Azərbaycanda 2010-cu ildən tətbiq olunmağa başlayıb. Əvvəllər bu say əməliyyatlar üçün ildə 200 idi. Amma artıq belə bir limit yoxdur. Bura qədər baxdığımız zaman hər şey çox yaxşıdır. Dövlətimiz vətəndaşlar üçün hər şey edir. Amma bəzi məmurlar öz şəxsi maraqları üçün nə edir?!
Bu cihazları ölkəyə gətirən ən böyük şirkət TƏBİB-in direktoru Vüqar Qurbanova məxsus "Kochlear" şirkətidir. Bizdə olan məlumata görə, bu cür əməliyyatlar ən çox "Lor hospital"da həyata keçirilir ki, buranın sahibi də bəllidir.
İcraçı direktoru Vüqar Qurbanovun yaxın dostu Hansiyar Babayevdir. Qeyd edək ki, bu cihazlar Azərbaycanda dünyadakından tam 3 dəfə baha satılır. Qurbanov bu limiti ləğvini TƏBİB-in direktoru olduqdan sonra etdi.
Bunlar vəzifəyə gəlirlər ki, öz şirkətlərini böyütsünlər. Görəsən, hər kəsin bildiyi bu məsələləri İcbari Tibbi Sıgorta rəhbəri cənab Zaur Əliyev bilmirmi?!
Gündəlik Bakı