08 sentyabr 2023
277
ATU mərhum nazirin kürəkəninə məxsus olduğu deyilən şirkətə tender verdi - 433 min manat...
Azərbaycan Texniki Universiteti “Mövcud videomüşahidə və videonəzarət sisteminin yenilənməsi” xidmətinin satınalınması ilə bağlı elan etdiyi tenderə yekun vurub.
Yenimeydan.info Valyuta.az-a istinadən xəbər verir ki, tenderin qalibi "CASPEL" MMC olub. Texniki Universitetlə "CASPEL" MMC arasında bağlananan müqaviləyə əsasən,, sistemin yenilənməsi ilə bağlı satınalınan xidmətə 433.897,26 AZN xərclənəcək.
"Caspel" MMC 2005-ci ilin avqust ayında dövlət reyestrində qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Cəfər Xəndan küçəsi ev 50 B-də yerləşir. MMC-nin qanuni təmsilçisi Quliyev Ceyhun Məhi oğludur.
Xatırladaq ki, "Caspel” MMC 2022-ci ildə vergi borcu olması ilə gündəmə gəlib. Həmin vaxt şirkətin 1 367 488 manat vergi borcu olduğu bilinsə də, hazırda borc yoxdur.Mətbuatda yazılanlara görə, "Caspel” şirkəti vaxtilə iş adamlarına satdığı kassa aparatlarından 100 milyonlarla vəsait qazanıb. Şirkət təkcə bu il dövlət qurumları ilə ümumi dəyəri milyon manatlarla ölçülən 12 satınalma müqaviləsi bağlayıb.
"Caspel" MMC-nin keçmiş vergilər naziri, mərhum Fazil Məmmədovun kürəkəninə məxsus olduğu deyilir. Belə ki, "Caspel" MMC-nin qanuni təmsilçisi Ceyhun Quliyev Fazil Məmmədovun kürəkəni Namiq Quliyevin qardaşıdır.
Namiq Quliyev Fazil Məmmədovun vergilər naziri olduğu illərdə uzun müddət nazirilik yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisinin 1-ci müavini vəzifəsində çalışıb.
Oxşar Xəbərlər:
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Xızının “acgöz” yolları – 3 ildə yol təmirinə nə qədər vəsait xərclənib?
“Solamedical” MMC MÖCÜZƏSİ DAVAM EDİR... - TENDER ÇEMPİONU...
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Nazir müavinə yaxın olduğu deyilən şirkətlə milyonluq müqavilə