06 sentyabr 2023
103

Vilayət Eyvazov generalı vəzifədən azad etdi

vilayet-eyvazov-generali-vezifeden-azad-etdi

Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov vəzifədən azad edilib.
Yenimeydan.info-nun   əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.İ.Məmmədovun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, Prezidentin sərəncamı ilə 2014-cü ildə general-mayor rütbəsi verilən İ.Məmmədov elə həmin ildən Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi vəzifəsini tuturdu