01 sentyabr 2023
230

Siyəzəndə yol qəzasında ata və 3 yaşlı oğlu ölüb, 7 nəfər xəsarət alıb – FOTO

   
 
 Bu gün Siyəzən rayonunda ata və azyaşlı oğlunun öldüyü qəzada 7 nəfər xəsarət alıb.
 
APA-nın verdiyi məlumata görə, onlardan ikisi azyaşlıdır. Xəsarət alanlardan 3-ü Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Azyaşlılardan biri Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir. Xəsarət alanlardan ikisi Bakıdakı Kliniki Tibbi Mərkəzə, biri isə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.