28 avqust 2023
217
Vidadi Muradovun ailəsi yenidən məhkəməyə müraciət etdi
“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, məhkəmə istintaqı dövründə vəfat etmiş Vidadi Muradovun ailə üzvləri əmlaklarla bağlı məhkəmə qərarından yenidən kassasiya şikayəti veriblər.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası avqustun 29-na təyin edilib.
Xatırlatma edək ki, “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Muradov Vidadi Aydın oğlu Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunub. V. Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib. Onkoloji xəstəliyi ilə bağlı ev dustaqlığına buraxılan Vidadi Muradov ötən ilin noyabrın 5-də ev dustaqlığında vəfat edib. Bundan sonra məhkəmə onun həyat yoldaşını hüquqi varis kimi tanıyıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Muradov barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Bundan başqa Vidadi Muradovun özünə və yaxınlarına məxsus 30 milyonluq əmlakı dövlət nəfinə müsadirə olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişmədən qüvvədə saxlayıb.

Oxşar Xəbərlər:
Azərbaycan səhiyyəsində FETÖ-nun Imamı-Araz Nəsirov
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
“Şərurlu İsfəndiyar” həbsdə olan bank rəhbərindən 5 milyon manatını tələb edir
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Vüqar Səfərlinin ailə üzvləri yenidən kassasiya şikayəti verib