26 avqust 2023
219
Nazir müavini də BÜDCƏ PULLARINI belə xaricə ötürür...
Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyev də atasının imkanları hesabına qurduğu nəhəng biznesinin Londona yolunu açıb.Yenimeydan.info bildirir ki, bu barədə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.
Jurnalist daha sonra bildirir: "Belə ki, nazir müavininin oğlu bu il mayın 8-də Britaniya Krallığının paytaxtında BABYLONCOMMERCE LTD-ni qeydiyyatdan keçirib.
35 yaşlı Elvin Hacıyev Azərbaycanda nizamnamə kapitalı 11688495.00 AZN təşkil edən "TECHNOİL", “BABYLON AQRO”, “BABYLON-GROUP” kimi şirkətlərin, iri torpaq sahələrinin, restoranlar şəbəkəsinin (SULTANAHMET KÖFTECİ seti, GATE 25 restoran-barı, TARHUN restoranı və s.) sahibidir".
Oxşar Xəbərlər: