25 avqust 2023
159

Putinin reytinqi şok etdi

 Rusiya lideri Vladimir Putinin reytinqi açıqlanıb.
Yenimeydan.info xəbər verir ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğuya görə, Putini rusiyalıların 73,3%-nin dəstəklədiyi üzə çıxıb.
Baş nazir Mixail Mişustin 59,5%, Kommunist Partiyasının lideri Gennadi Züqanov isə 31,4% səs toplayıb.
Bununla yanaşı, respondentlərin 48,9%-i Rusiya hökumətinin, 50,4%-i isə baş nazirin fəaliyyətini bəyəndiyini açıqlayıb.
Qeyd edilir ki, sorğu 14-20 avqustda 1,6 min rusiyalı arasında telefonla aparılıb.
Sorğuda Putinin reytinqinin hazırkı müharibə şəraitinə və gərginliyə baxmayaraq, yüksək olması diqqət çəkib.