24 avqust 2023
141

Deputatın qardaşına məxsus olduğu bildirilən şirkətə protokol yazıldı – 10 min manat cərimə gözləyir

 
Deputat İqbal Məmmədovun qardaşı Çingiz Məmmədova məxsus olduğu bildirilən “Lerik broyler” Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci (Müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasına görə fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçikbəyovun icraatındadır. Məhkəmə iclası sentyabrın 6-da keçiriləcək.