24 avqust 2023
156

“Toyota Abşeron Center” şirkətinin işinə bu tarixdə baxılacaq

  “Toyota Abşeron Center” MMC-nin barəsində yazılmış cərimə protokolu ilə bağlı məhkəmə iclasının vaxtı məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Abşeron Rayon Məhkəməsində keçiriləcək proses sentyabrın 5-nə təyin edilib.
İş hakim Sevinc Quliyevanın sədrliyi ilə araşdırılacaq.
Qeyd: “Toyota Abşeron Center” MMC-nin barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.