24 avqust 2023
144
Kişi ondan xəbərsiz yasa gedən arvadını döydü, dəmirlə qayını oğlunun başını yardı
Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Cəmil Əliyevin cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İttihama görə, rayon sakini, 1970-ci il təvəllüdlü Cəmil Əliyev 26 may 2022-ci ildə, saat 18 radələrində Salyan rayonunun Qardili kəndində birgə yaşadıqları evdə arvadı C.Əliyevanın ondan xəbərsiz olaraq yas mərasiminə getməsi ilə bağlı qadınla arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Bu zamanı o, qadını döyüb evdən qovub. C.Əliyeva isə sığınacaq kimi qardaşı evinə gedib. Qadının qardaşı oğlu, zərərçəkmiş Əliqayıd Məmmədov (soyadı şərti) evlərində olan söz-söhbətdən bibisinin əri Cəmil Əliyev tərəfindən döyülərək evdən qovulmasını eşidib. Əliqayıd 27 may 2022-ci ildə, axşam saat 23 radələrində təqsirləndirilən şəxslə baş vermiş münaqişənin səbəbini araşdırmaq istəyərkən Cəmillə arasında mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs əlində olan uzun dəmir parçası ilə zərərçəkmiş şəxsin başından qəsdlə vurub. Nəticədə o, Əliqayıd Məmmədova ağır xəsarət yetirib. Cəmil Əliyev barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar Xəbərlər:
BAŞ PROKURORLUQ NİYƏ YALAN MƏLUMAT YAYAN TALEH QARAŞOVA XƏBƏRDARLIQ ETMƏDİ?
BAŞ PROKURORLUQ NİYƏ YALAN MƏLUMAT YAYAN TALEH QARAŞOVA XƏBƏRDARLIQ ETMƏDİ?
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
İşdən azad edilən Əhəd Abıyevin inanılmaz ailə sərvəti – Siyahı
Prezident əfv sərəncamı imzaladı – SİYAHI