23 avqust 2023
149
“Ağdam yolunun Laçın dəhlizini əvəzləməsi Artsaxın sonu olacaq...” - D.Babayan
Baş separatçı Arayik Arutyunyan dünən – avqustun 22-də qondarma “təhlükəsizlik şurası”nın iclasında Ağdam-Xankəndi yolu ilə ticarətin aparılması barədə qərar qəbul edildiyini bildirib.
Mətbuatda yazılanlara görə, həmin marşrutla ticarət qismən aparılacaq, tikinti materialları, dizel yanacağı, dərman oradan daxil olacaq, ərzaq isə Rusiya “sülhməramlı”ları vasitəsilə Laçın vasitəsilə aparılacaq.
Araik Arutyunyanın müşaviri, onun xüsusi tapşırıqlar üzrə nümayəndəsi David Babayan isə deyib ki, “təhlükəsizlik şurası”nın iclasında iştirak etməyib, ona görə də gündəmdə hansı məsələlərin olmasından xəbəri yoxdur”.
Yenimeydan.info moderator.az-a istinadla xəbər verir ki, D.Babayan bu haqda Tert.am-a açıqlamasında danışıb.
Eyni zamanda, David Babayan Ağdam yolunun Laçın yolunu əvəz edə bilməyəcəyini bəyan etdiklərini xatırladıb. Onun sözlərinə görə, “Laçın yolu təkcə maddi-texniki baxımdan əhəmiyyətli deyil, bu, siyasi və hüquqi statusu olan ərazidir və 10 noyabr bəyanatına əsasən, Rusiya Federasiyası insanların və yük maşınlarının daxil olmasını təmin etməlidir”.
“İndi Ağdam yolu Laçın dəhlizi ilə əvəz olunarsa, bunun nə ilə nəticələnəcəyini təsəvvür edə bilərsinizmi? Gələcəkdə nədənsə Ağdam yolu açıla bilər, amma o, Laçın dəhlizini əvəz edə bilməz, dəyişdirilən kimi, bu o deməkdir ki, Laçın dəhlizi olmayacaq, bu da Artsaxın sonu olacaq. Artsaxın xarici dünya və Ermənistanla əlaqəsi kəsiləcək”, - deyə Araikin xüsusi tapşırıqlar üzrə nümayəndəsi çərənləyib.
Oxşar Xəbərlər:
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Qarabağda mövcudluq Rusiyanın Güney Qafqazda mövcudluğu anlamına gəlir... - BUNA GÖRƏ DƏ...
Prezidentin xüsusi nümayəndəsinin vəzifələri nə olacaq? - PA-da yenilik
QARABAĞQondarma rejim parçalandı... - Xankəndidə ilk dəfə baş verən hadisə
Dünənki atışmada dəhşətli fakt: erməniləri kim hazırlayıb?