23 avqust 2023
121
Komitə sədri İSTEFAYA ÇAĞRILDI... - BUNA GÖRƏ...
Cənab Fuad Muradov, bu yazını tarix üçün burda yazıram vaxt gələcək qanunlar qarşısında cavab verəcəksən. Məhz buna görə tarixi missiyanı öz çiynimə götürərək sizə çağırışla müraciət edirəm. Qərarı qəbul etmək sizə bağlıdır. İstət edərsiniz, istər etməzsiniz. Amma bu qərarı cənab prezident qəbul etsə o zaman sizin üçün daha çətin olacaq.
Məhz buna görə nə qədər gec deyil istefa verin və diasporanın yolunu açın. Açıq müraciətlə sizə müraciət edirəm . İstefa verin!
Niyəmi? Aşağıda səbəbləri var :
1. Azərbaycan diasporasında iranlı, iğdırlı, karslı deyərək diaspora təşkilatları arasında ayrımcılıq yaratdığınıza görə...
2. Xaricdəki təşkilatlara və fəallara yad münasibət, özündən müştəbeh münasibətinizə görə...
3. Qurulmuş var olan, keçmişi olan təşkilatları məhv etdiyinizə görə...
4. Xaricdəki təşkilatların fəaliyyətini iflic vəziyyətinə saldığınıza görə....
5. Ermənistan diasporasının ölkəmiz haqqında apardığı çirkin təbliğata zamanında və effektiv müqavimət təşkil edə bilmədiyinizə görə...
6. 30 ildən çox tarixi olan diasporanın keçmiş arxivini silib, yalnız özünüzün təyinatınızdan sonrakı dövrü təbliğ etdiyinizə görə...
7. Koordinasiya Şuraları yaradaraq , əslində isə koordinasiya deyil parçalanma yaradıb diasporanı böldüyünüzə görə....
8. Azərbaycan Evləri adından milyonlarla pulu silib, əslində isə Azərbaycan Evlərini nərd, domino oyun mərkəzlərinə çevirdiyinizə görə...
9. Diaspora Fondunu yaratmaq təşəbbüsünü irəli süraəniz də onun fəaliyyətini təşkil edə bilmədiyinizə görə....
10. Təyinatınızdan bugünə 40.000.000 AZN-dən çox vəsaiti əldə edib mənimsədiyinizə, bu pullar hesabına Avropada mülk, Amerikada ticarət qurub dövlət məmuru adına yaraşmayan fəaliyyətlə məşğul olduğunuza və ən başlıcası isə korrupsiyaya yol verdiyinizə görə...
Hörmətlə,
Rəşad Quliyev
Oxşar Xəbərlər:
AAK sədri gəncləri Prezidentə qarşı qoyur
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Bakı gömrüyündə sahibkarın başına NECƏ OYUN AÇDILAR... - Prezidentə müraciət olundu
DİM-dən buraxılış imtahanında iştirak edəcək şagirdlərə MÜRACİƏT