22 avqust 2023
108

RUSİYANN BİRİNCİ MÜDAFİƏ XƏTTİ YARILDI – Strateji əhəmiyyətli kənd azad edildi + VİDEO

       Ukrayna Silahlı Qüvvələri(SQ) rusların birinci müdafiə xəttini yarıblar.Yenimeydan.info  xəbər verir ki, “Teleqram” kanallarında strateji əhəmiyyətli Robotino kəndini azad edildiyini əks etdirən görüntülər yayılmağa başlayıb.
Daha əvvəl Qərb və Ukrayna mənbələri rusların minaladığı geniş ərazilərin minalardan təmizlədiyini bildirirdilər. Qeyd olunurdu ki, nəticədə Ukrayna SQ üçün geniş ərazilər açılır. Bu da nəticə etibarı ilə hücumların sürətini artıra bilər.
Ukrayna Müdafiə nazirinin müavini Anna Malyar da qoşunların Robotino kəndinə daxil olduqlarını təsdiqləyib. O bildirib ki, 47-ci briqadanın döyüşçüləri yerli sakinlərin “Bradley” BMP-lər vasitəsi ilə təxliyəsini təşkil ediblər.
“Döyüşlər davam edir, rus hərbçiləri Rabotinoyu artilleriyadan davamlı olaraq atəşə tutur”, – Malyar “Teleqram”ında yazıb və foto dərc edib.
Rusiya Müdafiə Nazirliyi Malyarın bəyanatını şərh etməyib.