22 avqust 2023
192

“Veysəloğlu” və Baş Dövlət Yol Polisi İdarəsi arasında məhkəmə çəkişməsi


“Veysəloğlu” və Baş Dövlət Yol Polisi İdarəsi arasında məhkəmə çəkişməsi davam edir

“Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyəti və Baş Dövlət Yol Polisi İdarəsi arasında məhkəmə çəkişməsi davam edir.
Yenimeydan.info-nun Pravda.az-a istinadən xəbərinə görə, mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr olan iş Bakı İnzibati Məhkəməsinin hakimi Ləman Musayevanın icraatındadır.

Növbəti məhkəmə iclası sentyabrın 28-də keçiriləcək.