18 avqust 2023
206
Masazırda gölü zibillə doldurub yerində sənədsiz evlər tikən Elçin, Xəyal, Səyyab adlı maklerlər İH-də rüşvət verdikləri məmur Şahlar Əsgərov kimdir?
Elçin, Xəyal, Səyyab adlı maklerlər rüşvət verərək tikintilərini davam etdirirlər…
Abşeron rayon Masazır qəsəbəsi göl adlanan ərazidə dayanmadan sənədsiz həyət evlərinin tikintisi davam edir.
Redaksiyanın əldə etdiyi məlumata görə ərazidəki gölü müxtəlif zibil vasitələri ilə dolduran maklerlər, tikinti üçün heç bir icazə sənədlərinin olmamasına baxmayaraq, tikinti işlərini rahat şəkildə həyata keçirirlər. Apardığımız araşdırmada məlum oldu ki, ərazidə tikinti işlərini Elçin, Xəyal və Səyyab adlı maklerlər həyata keçirir.
Ərazidə torpaq sahələrinin bir hissəsinin sənədlərinin olduğunu ancaq tikinti üçün hər hansı bir rəsmi icazənin olmadığı bildirildi. Əldə etdiyimiz məlumata görə göl adlanan ərazidə tikilən yüzlərlə həyət evinin tikintisinə “dobro” Abşeron rayon İcra Hakimiyyətindən verilib. Tikinti həyata keçirən maklerlərin hər ev üçün İcra Hakimiyyətinə 2500 manat vəsait ödədiyi bildirilir.
AzFakt.com-un apardığı kiçik araşdırmada məlum oldu ki, ərazidə həyət evi tikintisi ilə məşğul olanlardan biri Gold house Masazir adlı bir şirkətdir.
Məlumata görə maklerlərlə Abşeron icra hakimiyyəti arasında əlaqələndirici şəxs Masazır icra nümayəndəsi Şahlar Əsgərovdur.
Bu belə olmasaydı Şahlar Əsgərovun həftədə bir dəfə əraziyə gələrək tikinti işlərinə nəzarət etməzdi.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mənbə:Cumhuriyyet.net
Oxşar Xəbərlər:
Masazırda gölü zibillə doldurub yerində sənədsiz evlər tikən Elçin, Xəyal, Səyyab adlı maklerlər İH-də rüşvət verdikləri məmur Şahlar Əsgərov kimdir?
Abdin Fərzəliyev zibildaşıyanı Mehman Səfərov üfunət qoxuyur
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Bakıda sotu 2 milyona torpağı kimlər satır, kimlər alır...