18 avqust 2023
224
ABŞ-ın ikiüzlü siyasəti: Azərbaycana qarşı uğursuz həmlə... - Şərh
"Ermənistan hökuməti avqustun 11-də BMT Təhlükəsizlik Şurası qarşısında “Azərbaycanın Qarabağdakı ermənilərə münasibətdə humanitar təzyiq siyasəti” və “humanitar təhdid” kimi saxta iddialarla “qətnamə” tələbi irəli sürdü. Avqustun 16-sı bu məsələ müzakirə predmeti oldu. Ancaq Ermənistan heç bir nəticə əldə edə bilmədi".
Bunu Teleqraf.com-a açıqlamasında YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun sözlərinə görə, həm iclası Ermənistan üçün növbəti böyük diplomatik məğlubiyyət, Azərbaycan üçün isə böyük diplomatik uğur kimi qiymətləndirmək olar:
"Çünki ermənilər güman edirdilər ki, bu müzakirələrin gedişatında onların əsassız, heç bir reallığa söykənməyən, iftira, yalanla dolu dezinformasiya mahiyyətli mövqeyi dəstəklənəcək, Azərbaycana qarşı təzyiq mexanizimləri işə salınacaq və sanksiyaların tətbiqi məsələsi gündəmə gələcək. Bunların heç biri olmadı. Fransa yenə ermənipərəst mövqeyini ortaya qoydu. Amma bu da bir nəticə vermədi. BMT Təhlükəsizlik Şurasında bu və digər sənədin qəbulu üçün minimum 9 səs lazımdır. O da baş tutmadı. Azərbaycan nümayəndə heyətinin rəhbəri Yaşar Əliyevin də faktlara, arqumentlərə söykənən çox əsaslı çıxışı oldu. Ermənistanın bütün bu təxribatçı siyasəti öz mahiyyətini ifşa etdi. Qardaş Türkiyənin nümayəndəsi Azərbaycan haqq işini, mövqeyini müdafiə etdi. Rusiya nümayəndəsinin də çıxışı obyektiv idi. Xüsusilə onların çıxışlarında alternativ yol, yəni Ağdam-Xankəndi yolu ilə bağlı fikirlərin dilə gətirilməsi müsbət haldır. Çin də bu məsələlərlə bağlı mövqeyini ifadə etdi, bu da heç bir halda anti-Azərbaycan mövqeyi sayıla bilməz".
Deputat ABŞ-ın mövqeyi ilə bağlı da fikirlərini bölüşüb:
“ABŞ-ın bu kimi məsələlərlə bağlı ermənipərəst mövqedə durduğunu dəfələrlə şahidi olmuşuq. Ancaq ABŞ-ın özü də indiki halda Azərbaycana qarşı hər hansı bir sənədin qəbuluna nail ola bilmədi. Bu yaxınlarda ABŞ Senatının beynəlxalq əlaqələr komitəsinin sədri, təpədən-dırnağa ermənipərəst Bob Menendezin göndərdiyi nümayəndələr Ermənistana gəlmişdi. Şərti Ermənistan-Azərbaycan sərhədində oldular. Azərbaycan əleyhinə açıqlamalar verdilər.
Amerikada hay-küy qaldıran ermənilər Kaliforniya ştatında magistral yolu bağladılar. İddia edirdilər ki, guya Qarabağ ermənilərinə qarşı humanitar təzyiq siyasəti həyata keçirilir. Son nəticədə isə Azərbaycan haqlı tərəf kimi müdafiə edildi. Azərbaycana qarşı heç bir qərar qəbul olunmadı. Ayrı-ayrı dövlətlərin mövqeləri isə tövsiyə xarakterli idi. Bu, Azərbaycanın diplomatik uğurudur. Ermənistanın siyasi hoqqabazlığı növbəti dəfə fiaskoya uğradı”.

Oxşar Xəbərlər:
AAK sədri gəncləri Prezidentə qarşı qoyur
Ermənistan III Qarabağ müharibəsi istəyir? — “Belə başlarını itiriblər?!”
Deputat: Ermənilər hər vəchlə “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyətinin dayandırılmasına çalışırlar
Prezidentin xüsusi nümayəndəsinin vəzifələri nə olacaq? - PA-da yenilik
Prezident əfv sərəncamı imzaladı – SİYAHI