17 avqust 2023
91

Məşhur “Azov” alayı döyüşlərə qayıtdı

 
 Ukraynanın məşhur xüsusi təyinatlı “Azov” alayı hərbi əməliyyatlarda iştirakını bərpa edib.Bu açıqlama ilə Ukrayna Milli

Qvardiyasının nümayəndəsi polkovnik Nikolay Urşaloviç çıxış edib.

“Əfsanəvi “Azov” xüsusi təyinatlı alayı cəbhədəki fəaliyyətini bərpa edərək Serebryansk meşəsi ərazisində döyüş tapşırıqlarını yerinə yetirməyə başlayıb” – N.Urşaloviç vurğulayıb.

O əlavə edib ki, alayın döyüşçüləri cəbhə xəttində mövqeləri qoruyub saxlayır, Rusiyanın canlı qüvvə və texnikasına sarsıdıcı zərbələr vururlar.

Mənbə: Rbc.ua