17 avqust 2023
141
Zelenski Ukraynada hərbi vəziyyət və ümumi səfərbərliyi daha 90 gün uzatdı
Ukrayna Prezidenti Vladimir Zelenski 2022-ci il fevralın 24-də tətbiq edilən hərbi vəziyyətin və ölkədə ümumi səfərbərliyin daha 90 gün, yəni noyabrın 15-dək uzadılması haqqında qanunları imzalayıb.
Yenimeydan.info xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak özünün Teleqram kanalında məlumat verib.
İyulun 27-də Ukrayna parlamenti hərbi vəziyyətin uzadılması ilə bağlı qanunlar qəbul edib. TASS-ın məlumatına https://tass.ru/mezhdunarodnaya-panorama/18527721 görə, hərbi vəziyyətin uzadılması Ukraynada oktyabra təyin edilmiş parlament seçkilərinin baş tutmayacağı anlamına gəlir, çünki onun qüvvədə olduğu müddətdə səsvermə keçirilə bilməz.
Xatırladaq ki, Ukraynada hərbi vəziyyət ötən dəfə də 90 gün uzadılmışdı. Ümumi səfərbərlik haqqında fərmanı Zelenski 2022-ci il fevralın 25-də imzalayıb.