17 avqust 2023
143

“Ermənistan Laçın yolu ilə bağlı əsassız çıxış edir” - Türkiyə narahatdır

ermenistan-lacin-yolu-ile-bagli-esassiz-cixis-edir

“Ermənistan beynəlxalq platformaları siyasi motivli ittihamlarını bəyan etmək üçün istismar etməyə cəhdlər edir və buna görə Türkiyə narahatdır. Bura BMT-nin                                             Təhlükəsizlik Şurası da aiddir”.
Yenimeydan.info  xəbər verir ki, bu fikirləri Türkiyənin BMT-dəki daimi nümayəndəsi Sədat Önal qurumun Təhlükəsizlik Şurasının iclasında bildirib:S.Önal qeyd edib ki, Ermənistan Laçın yolu ilə bağlı əsassız bəyanatlarla çıxış edir:
“Azərbaycanın legitim narahatlıqları nəzərə alınmalıdır. Laçın yolu müxtəlif silahlı qrupların qeyri-qanuni istismar etdiyi yer olub. Azərbaycan öz suveren haqqından istifadə etdi, öz ərazisində lazımi tədbirlər görməyə qərar verdi. Laçın yolu vasitəsilə tibbi təxliyələr olub, Azərbaycan bunu göstərib, eyni zamanda Ağdam-Xankəndi yolunun Qarabağda olan erməni əhalisinə lazımi təchizatın çatdırılması üçün təklif edib. Bundan əlavə yerli erməni əhalisi ilə danışıqlara başlamağa da razılıq verilib. Təəssüf ki, Azərbaycanın bu səyləri müsbət qarşılanmadı”.