16 avqust 2023
115

Pxenyandan şok: Nüvə müharibəsi qaçılmazdır

                                                           

 Pxenyan əmindir ki, Koreya yarımadasında nüvə müharibəsi qaçılmazdır.
Yenimeydan.info xəbər verir ki, bu sözləri Şimali Koreyanın müdafiə naziri Kan Sun Nam XI Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
“Artıq məsələ Koreya yarımadasında nüvə müharibəsinin olub-olmayacağı deyil, kimin və nə vaxt bunu başladacağıdır. ABŞ və onun marioneti (Cənubi) Koreyanin nüvə çılğınlığı Koreya yarımadası və Şimal-Şərqi Asiyanı yeni nüvə müharibəsi ocağına çevirir”, - Nam bildirib.