15 avqust 2023
141

ZELENSKİ UKRAYNAYA GECE RAKET HÜCUMUNUN NƏTİCƏLƏRİNİ GÖSTƏRDİ – FOTO

  Ukraynanın 7 vilayətində uşaq bağçası, tibb müəssisəsi, yaşayış binaları və bir sıra müəssisələr düşmən zərbəsinə məruz qalıb.Yenimeydan.info  UNİAN-a istinadən xəbər verir ki, Prezident Aparatı Rusiya işğalçılarının Ukraynada gecə vaxtı kütləvi raket hücumunun nəticələri və qurbanlarından danışıb.
Lvovdakı uşaq bağçasının həyəti və yaşayış binaları, Lutsk şəhərinin mərkəzi və müəssisə, habelə Çerkassı, İvano-Frankivsk, Dnepropetrovsk, Zaporojya və Donetsk vilayətlərində yaşayış məntəqələri düşmən hücumuna məruz qalıb, Prezident Aparatının rəhbərinin müavini Oleksiy Kuleba bildirib.
O cümlədən, Volında raket zərbəsi nəticəsində müəssisənin üç əməkdaşı həlak olub, daha üç nəfər isə yaralanıb. İndi orada hücumun nəticələrinin aradan qaldırılması davam edir.