15 avqust 2023
144

Ukrayna ordusu yeni ərazilər azad edib

     Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda irəliləyərək yeni ərazilər azad olunub.
Yenimeydan.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat katibi Andrey Kovalev açıqlama yayıb.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri bir neçə istiqamətdə əks-hücumları davam etdirir və cənub cəbhəsində Urojaynoye qəsəbəsi istiqamətində irəliləyir.
Kovalev onu da qryd edib ki, ukraynalı hərbçilər Berdyansk və Melitopol istiqamətləri də daxil olmaqla əks-hücum əməliyyatlarını həyata keçirirlər.