08 avqust 2023
188

Xəzərin ən təhlükəli çimərlikləri — ÇAĞIRIŞ

  “Yerli icra nümayəndələri ilə birgə aparılan monitorinqlər göstərib ki, Xəzər dənizinin sahilində təhlükəli çimərəsliklər mövcuddur. Həmin ərazilərə xüsusi qadağanedici nişanlar yerləşdirilib. Vətəndaşları Şüvəlan qəsəbində “Mil-Qaya” və “Şimal Qres” adlanan ərazi, Nardaranla Bilgəh arasında yerləşən “12-ci dalan” adlanan yer, Kürdəxanı qəsəbəsində Ləhiş bağları, “Estekada” deyilən ərazi, Qaradağ rayonunda “Mayak” çimərliklərindən istifadəyə etməməyə çağırırıq”.

Yenimeydan.info xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin mətbuat katibi Aqşin Əlili bildirib.

FHN rəsmisi əlavə edib ki, bu ərazilər ona görə təhlükəlidir ki, suyun axını normadan artıqdır: “Eyni zamanda sualtı relyef, qəfləti dərinliklər müxtəlif daş və qaya parçaları ilə zəngindir ki, bu da bədbəxt hadisələrin baş verməsi ilə nəticələnir. Vətəndaşlar bu məsələdə diqqətli olmalı və bu kimi ərazidən istifadə etməməlidir”.