07 avqust 2023
193

NİGERİYA SƏRHƏDLƏRİ BAĞLAYIR


  Nigerdə iyulun 26-da baş vermiş hərbi çevrilişdən sonra Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) hərbi xuntaya verdiyi bir həftəlik müddət başa çatıb.                                                                                               

 Yenimeydan.info NTV-yə istinadən xəbər verir ki, Nigeriya sərhədlərini bağlayarkən, Nigerdəki hərbi xuntanın sözçüsü Amadou Abdramane, “Bir xarici güc ECOWAS ilə əməkdaşlıq edərək ölkəmizə hücum etməyə hazırlaşır” açıqlamasını verib.

ECOWAS-ın prezident Məhəmməd Bazumun azad edilməsi və vəzifəsinə qayıtması üçün hərbi xuntaya verdiyi 7 günlük müddət iyulun 30-da yerli vaxtla saat 00.00-da başa çatıb.

ECOWAS, gözlənilənlərin əksinə olaraq bu müddət ərzində tələblərinin yerinə yetirilməməsi halında hərbi müdaxilə də daxil olmaqla hər variantı nəzərdən keçirəcəklərini və müddət bitdiyi üçün hərbi əməliyyata başlamadıqlarını bildirib.

Hərbi xunta, Vətəni Müdafiə Milli Şurası (CNSP) tərəfindən verilən son tarixdən bir neçə saat əvvəl yaydığı bəyanatda, mümkün hücum halında Niger hava məkanının növbəti xəbərdarlığa qədər bağlandığı açıqlandı. Açıqlamada bir xarici ölkənin ECOWAS ilə əməkdaşlıq edərək Nigerdə əməliyyat hazırladığı iddia edilib və ECOWAS-ın artıq 2 Mərkəzi Afrika ölkəsinə qoşun yeritdiyi qeyd edilib .