07 avqust 2023
180
Naxçıvanın Səhiyyə Nazirliyində yoxlamalar aparılır
Naxçıvan Muxtar Respublikasında daha bir nazirlikdə yoxlamalar başlayıb.
Azərbaycan Respublikası Hesablama Palatası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində yoxlamalar aparır.
Hesaplama palatasının is qrafikinə uyğun olaraq 2021 və 2022-ci il dövrü yoxlaması aparılır.
Yoxlamalarla bağlı xəbəri Səhiyyə Nazirliyi APA-ya təsdiq edib.