25 iyul 2023
96

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI

  Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 243 220 hərbçisi məhv edilib.Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 4 174 tank, 8 131 zirehli maşın, 4 705 artilleriya sistemi, 698 reaktiv yaylım atəşi sistemi, 454 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 310 helikopter, 3 977 PUA, 1 307 qanadlı raket, 18 gəmi/qayıq, 7 194 avtomobil texnikası və avtosistern, 703 xüsusi texnikadan ibarətdir.
Xatırladaq ki, Ukraynada müharibə 2022-ci il fevralın 24-də başlayıb.