25 iyul 2023
139
Bu il 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib
2023-cü ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.
Yenimeydan.info xəbər verir ki, bunu Baş Prokurorluqda keçirilən geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev deyib.
Onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 7 nəfər vəzifədən azad edilib, 17 nəfər barəsində digər intizam tənbeh tədbirləri görülüb.
Vurğulanıb ki, intizam məsuliyyətinə cəlb edilmiş prokurorluq əməkdaşları barəsində toplanmış xidməti yoxlama materiallarının 14-ü Baş Prokurorluğun İntizam Komissiyasında, 6-ı isə Etik Davranış Komissiyasında baxılıb.
Əlavə olaraq bildirilib ki, 2023-cü ilin birinci yarımili ərzində 222 prokurorluq işçisi həvəsləndirilib, 6 prokurorluq işçisinə isə vaxtında əvvəl rütbə verilib.