11 iyul 2023
144

PEDİATRDAN ANALARA VACİB XƏBƏRDARLIQ – BUNU EDİN Kİ…

İsti yay günlərində susuz qalmaq mümükün deyil. Adətən analar elə fikirləşir ki, yay günlərində körpələrin də suya ehtiyacı olur. Bu səəbdən istər ana südü, körpə yeməkləri qəbul edən körpələrə bəzi analar su da verir. Ancaq həkimlər bildirir ki, körpələrə su verilməməlidir.

YeniMeydan.info yazır ki, pediatr Altay Abdullaoğlunun sözlərinə görə, ana südü qəbul edən körpələrin su daxil heç bir şeyə ehtiyacı yoxdur (d vitamini verilməlidir).
Çünki ana südünün 70-80%-i sudur. Süni qidalar isə su ilə hazırlandığına görə bu körpələrin də suya ehtiyacları yoxdur. Əksinə, verilən su körpənin ana südü və ya süni qidaya qarşı istəyini azaldır, bu da onların böyümə və inkişafına mənfi təsir göstərir.
Suya, əlavə qidalanmaya keçid 6 aydan başlana bilər. 1 yaşa qədər uşaqlara qaynanmış ilıq su verilməsi məsləhətdir. Hər şəraitdə verilən suyun təmizliyinə və uşaqlara uyğun olmasına diqqət edilməlidir.
Valideynlər tərəfindən vaxtsız verilən şəkərli su və meyvə suları da tez-tez qarşılaşdığımız xətalardandır.