01 iyun 2023
123

 Rusiya MN Laçın şəhərini yenidən “nəzarətə” götürdü və... - Ruslar NƏ DEMƏK İSTƏYİR?

Rusiya MN Laçın şəhərini yenidən “nəzarətə” götürdü və...
Rusiya imperiyasının Azərbaycan Respublikası ərazisinin bir hissəsində müvəqqəti(!) yerləşdirilmiş “sülhməramlı” adlanan hərbi kontingenti mayın 31-də rəsmən Azərbaycan dövlətinin yurisdiksiyasına qaytarılmış Laçın şəhərini yenidən virtual olaraq öz məsuliyyət və nəzarət zonalarına daxil ediblər.

Rusiya MN Laçın şəhərini yenidən “nəzarətə” götürdü və...

Yenimeydan.info moderator.az-a istinadla xəbər verir ki, bu, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı “sülhməramlı” kontingentə aid bölmədə həmin kontingentin dünən – 31 may 2022-ci il tarixinə aid dislokasiya xəritəsindən bəlli olur.

Xəritədən göründüyü kimi, “sülhməramlı”lar eyni tarixdə hətta Şuşa rayonunun Zarıslı kəndi yaxınlığından başlamaqla Laçın şəhərini də əhatə edən patrul marşrutu da həyata keçirdiklərin qeyd ediblər.

Zəruri şərh:

Portalımızı daimi izləyənlər yaxşı bilir ki, bu, son iki il yarımdan çox müddətdə Rusiya Müdafiə Nazirliyinin ilk belə “xəta”sı deyil. Hələ Laçın şəhəri nəzarətimizə qaytarılmamışdan öncə Tərtər rayonunun “sülhməramlı”ların nəzarətində olmayan Suqovuşan, Qapanlı və s. məntəqələrlə də bağlı belə “texniki səhvlər” olmuşdu...

Konkret Laçın şəhəri və “köhnə dəhliz” ərazisinə gəldikdə isə, məsələn, 2022-ci il sentyabrın 17-də yenə də Laçın şəhəri və “köhnə dəhliz”dəki Ağanus kəndi də “sülhməramlı”ların dislokasiya və patrul xidməti xəritələrinə yerləşdirilmişdi. Ondan sonra bir neçə dəfə də Laçın şəhəri ərazisinə “patrul xidməti” salınmışdı. Qalan dövrdə bəhs edilən xəritəyə Laçın şəhəri salınmasa da, ötən yazılarımızda ətraflı izah etdiyimiz kimi, həm “köhnə dəhliz”, həm də ermənilər üçün çəkilmiş yeni, alternativ yol ətrafı ərazilər də daxil olunmaqda davam edildi...

Bütün hallarda Rusiya MN Laçın şəhəri ilə bağlı bu “texniki”, “təsadüfi” adlandıracaqları “xəta” haqda izahat verməlidir...

Necə oldu, həmin “təsadüfi xəta” məhz Azərbaycan Prezidentinin Laçın şəhərinə ilk köçürülən ailələrə evlərinin açarlarını təqdim etməsi, yəni şəhərin məskunlaşdırılmağa(!) başlanmasından iki gün sonra və Azərbaycan və Ermənistan liderlərinin Kişinyov görüşündən bir gün öncə baş verdi?..