29 may 2023
48
Litvada hərbi təlimlər başlayır

Manevrlərdə Litvanın Könüllü Müdafiə Qüvvələri (KMQ) ilə birlikdə Britaniya Reyncer Alayının hərbi qulluqçuları, ABŞ-dan Pensilvaniya Milli Qvardiyasının bölmələri, Norveç Daxili Mühafizə Qüvvələri və Polşa Ərazi Müdafiə Qüvvələri iştirak edəcək.
Təlimlər hərbi hissələrin döyüş hazırlığının artırılması və döyüş əməliyyatlarının aparılmasının praktiki məqsədi ilə keçirilir. Mayın 29-dan iyunun 2-dək komanda-qərargah, iyunun 2-dən 4-dək isə səhra taktiki təlimləri keçiriləcək.
May ayında Estoniyada NATO ölkələrinin desantlarının iştirak etdiyi “Swift Response” təlimi keçirilib. ABŞ-ın rəhbərlik etdiyi manevrlərin bir hissəsi olaraq Özünümüdafiə Qüvvələri və müttəfiqləri qüvvə və texnikanın Baltikyanı respublikaya ötürülməsini təcrübədən keçiriblər.
Tərcümə: Səadət Sultan

Oxşar Xəbərlər:

Prezident əfv sərəncamı imzaladı – SİYAHI

“Elektroenergetika haqqında” yeni qanun QƏBUL EDİLDİ

PENTAQONUN GİZLİ SƏNƏDLƏRİ ÜZƏ ÇIXDI – QARA DƏNİZDƏ BU ÖLKƏLƏR MÜHARİBƏ…

KREML TƏCAVÜZÜNDƏN QURTULMAĞIN YEGANƏ YOLU NATO ÜZVLÜYÜDÜR… RUSİYA XALQINI NECƏ ALDADIR?

Azərbaycan Ordusu məşq keçir, ponton-körpü salmaqla su maneələrinin aşılması tapşırıqları praktiki icra edilir