28 may 2023
117

Rusiya Ukraynanın paytaxtına hücum edib, ölən və yaralananlar var

   Kiyevdə Rusiya pilotsuz uçuş aparatlarının hücumu zamanı Ukrayna hərbçiləri düşmənin 20-dən çox hava hədəfini vurub. Bununla belə, “Şahedlər”in ikinci dalğası gözlənilir.YeniMeydan.info-nun“RBC-Ukraina”ya istinadən məlumatına görə, bu barədə Kiyev meri Vitali Kliçko bildirib.
“Hava Hücumundan Müdafiə Qüvvələri artıq Kiyevə doğru hərəkət edən 20-dən çox PUA-nı məhv edib. Lakin paytaxta yeni pilotsuz uçuş aparatları dalğası gəlir”, – o qeyd edib.
Mer həmçinin şəhər əhalisini sığınacaqlarda qalmağa çağırıb.
“Təhlükəsizliyinizə laqeyd yanaşmayın. Gecə çətin olacaq”, – mer vurğulayıb.
Digər mətbu orqanlar hücum zamanı paytaxtın Qoloseyevsk rayonunda bir nəfərin həlak olduğunu, daha üç nəfərin yaralandığını xəbər veriblər.