02 may 2023
166

Ukraynadan 5 ölkəyə taxıl tədarükünə qadağa qoyuldu

ukraynadan-5-olkeye-taxil-tedarukune-qadaga-qoyuldu

Ukraynadan beş ölkəyə - Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyaya buğda, qarğıdalı və günəbaxan toxumlarının tədarükünə qadağa qoyulub.
Yenimeydan.info xarici KİV-ə istinadən xəbər verir ki, bu ölkələr istisna olmaqla, Ukraynadan gələn taxıl məhsullarının Avropa İttifaqının bütün üzv dövlətlərində sərbəst dövriyyəyə buraxılması davam edəcək.
Qeyd edək ki, aprelin 15-də Macarıstan və Polşa tərəfindən Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa tətbiq edilib.